Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Tələbələrin təhsil xərclərinin qarşılanması üzrə müsabiqənin qalibləri ilə görüş keçirildi – FOTO

119 Baxış

Gənclər Fondunun həyata keçirdiyi sosial həssas kateqoriyadan olan istedadlı tələbələrin təhsil xərclərinin qarşılanması üzrə müsabiqənin qalibləri ilə 29 dekabr 2020-ci il tarixində görüş keçirilib.

Görüşdə, Təhsil naziri Emin Əmrullayev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Azərbaycan Tələbə Gənclər İttifaqının sədri Pərviz Mirələmli iştirak ediblər. 

Çıxış edən rəsmilər dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında təhsil sahəsində həyata keçirilən proqram və tədbirlər, təhsilin keyfiyyətinin və əlçatanlığının artırılması istiqamətində görülən işlər, həmçinin dövlət gənclər siyasətinin prioritetləri, gənclərin vətənpərvər və təhsilli yetişməsi sahəsində mövcud layihələrdən danışıblar. 

Bu xüsusda, ölkə başçısının sərəncamları ilə bir sıra sosial həssas kateqoriyadan olan tələbələr təhsil xərcindən azad edilib, həmçinin, pandemiya dövründə ödənişli əsaslarla təhsil alan sosial həssas ailələrdən olan tələbələrin təhsil haqları dövlət tərəfindən qarşılanıb. Gənclər Fondunun cari müsabiqəsi də dövlət başçısının bu siyasətinin tərkib hissəsidir. Tədbirdə müsabiqə çərçivəsində qalib olan 488 tələbədən başqa daha 40 tələbənin təhsil xərcinin dövlət tərəfindən qarşılanmasına qərar verildiyi elan edilib.

Görüş zamanı tələbələr öz təəssüratlarını, proqramla bağlı təkliflərini səsləndiriblər, bundan əlavə Gənclər Fondunun digər proqramları ilə bağlı müzakirələr aparılıb.

Qeyd olunmalıdır ki, 5 noyabr – 3 dekabr tarixlərində təşkil edilən müsabiqə çərçivəsində ümumilikdə 528 tələbənin təhsil haqqı borcları dövlət tərəfindən ödəniləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678