Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neçə Vətən Müharibəsi qazisinə yüksək texnologiyalı protezlər verilib? – Nazirlikdən AÇIQLAMA

128 Baxış

“Vətən Müharibəsi zamanı orqanları amputasiya olunan 10-dan çox qazi yüksək texnologiyalı protezlərlə təmin olunub. Qazilərdən bir neçəsinə də bu yaxınlarda protezlər təqdim ediləcək”.

Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, yeni ilin ilk rübündə protezlər artacaq:

“Protezlərin təminatı bir az vaxt aparan prosesdir, çünki yara sağalmalıdır, ondan sonra protezlə təminat həyata keçirilir, protezlə hərəkət üçün məşqlərə başlanılır. Ona görə də bu proses uzun çəkdiyi üçün say bu qədər azdır. İnanırıq ki, yeni ilin ilk rübündə ehtiyacı olan bütün qazilərimizə bu təminatlar həyata keçiriləcək”.

Şöbə müdiri qeyd edib ki, ayaqları amputasiya olunmuş, yaxud müəyyən fiziki orqanını itirmiş vətəndaşlarımızın protezlərlə təminatı istiqamətində işlər gedir:

“Bilirsiniz ki, 2016-ci ilin aprel döyüşlərindən sonra Birinci-vitse Prezident Mehriban Əliyevinın təşəbbüsü və tapşırıqığı ilə ölkəmizdə yüksək texnologiyalı protezlərin gətirilməsi və qazilərimizə təqdim edilməsinə başlandı.

Aprel döyüşlərindən sonra bu protezlərə ehtiyacı olan hər bir qazi onlarla təmin olundular. Daha sonra cənab Prezindetin sərəncamı oldu, ƏƏSMN tərkibində Protez-Ortopedik Bərpa Mərkəzində yüksək texnologiyalı protezlərin hazırlanaması istiqamətində işlərə başlanıldı”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678