Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib – FOTO

135 Baxış

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsində yerləşən “Fəhlə əlləri” parkında yenidənqurma işləri həyata keçirilib.

İcra Hakimiyyətindən verilən məlumata görə, 1978-ci ildə neftçilərin və bütövlükdə Bakı əhalisinin istifadəsinə verilən “Fəhlə əlləri” parkı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə salınıb.

Parkda Azərbaycan neftçilərinin şərəfinə ucaldılan möhtəşəm abidənin müəllifləri Sirus Mirzəzadə, Rəşid Heydərzadə, Arif Ələsgərov və Elxan Tahirovdur.

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Səbail rayonunda aparılan quruculuq işləri çərçivəsində park və xiyabanların salınması, mövcud olanların isə yenidən qurulması diqqətdən kənarda qalmır.

Bu sahədə həyata keçirilən işlər çərçivəsində dekabrın 30-da Səbail rayonu, 20-ci yaşayış sahəsi, Arif İsmayılov küçəsində yerləşən “Fəhlə əlləri” parkı aparılan əsaslı yenidənqurma və abadlıq işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən “Fəhlə əlləri” parkı, ilk növbədə, paytaxt sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Səbail Rayon İcra Hakimiyyəti tərəfindən parkda aparılan yenidənqurma işlərinə cari ilin əvvəlindən başlanılıb, layihə çərçivəsində parkda əsaslı yenidənqurma işləri aparılıb, landşaft dizaynı yenilənib və 2800 kv.metr ərazidə geniş abadlıq işləri həyata keçirilib. Burada 10 metr hündürlüyündə “Fəhlə əlləri” abidəsi rəssamlar tərəfindən yenilənərək bərpa olunub.

Eyni zamanda, bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq parkda onlar üçün xüsusi guşələr yaradılıb.

Əhalinin istirahəti üçün bir ədəd ümumi sahəsi 115 kv.metr olan söhbətgah quraşdırılıb və yeni oturacaqlar qoyulmuş, uşaq meydançaları salınmış və burada uşaq əyləncə və idman qurğuları quraşdırılıb.

Parkda 1250 kv.metr ərazidə yaşıllıqlar salınıb, o cümlədən 145 ədəd müxtəlif növ ağaclar, yeni dekorativ gül-çiçək kolları əkilmiş və müasir işıqlandırma sistemi ilə təchiz edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678