Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Salyanda su kanalından meyit tapıldı

124 Baxış

Salyan rayonundakı su kanalında bir nəfərin meyiti aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Salyan rayonunun Qarabağlı kəndində su kanalında aşkar edilmiş bir nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu 1970-ci il təvəllüdlü Xəlilov Elçin Yadulla oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678