Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bayram günü ana ilə uşaqlarını maşın vurdu

145 Baxış

Dekabrın 31-də Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi olub.

Qafqazinfo xəbər verir ki, hadisə şəhərin Müslüm Maqomayev küçəsində baş verib.

Minik maşını ana və iki azyaşlı övladını vuraraq, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Ətrafdakıların köməyi ilə 33 yaşlı Samirə Abdullayeva, onun övladları – 2010-cu il təvəllüdlü Abdullayev Əli Elşən oğlu və 2006-cı il təvəllüdlü Abdullayeva Arzu Elşən qızı Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib.

Qəza zamanı yaralanan 10 yaşlı Ə.Abdullayevin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678