Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Evi icazəsiz tərk edən COVID-19 xəstələrinin sayı açıqlandı

110 Baxış

Son iki gündə ev şəraitində müalicə təyin edilən 12 nəfər aktiv COVID-19 xəstəsi ictimai yerlərdə müəyyən olunaraq evə qaytarılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. 

Bildirilib ki, onlardan altı nəfər barəsində cinayət işi başlanılıb. 

“Bu istiqamətdə tətbiq edilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirik”, – deyə DİN-dən qeyd edilib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678