Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

BAKU.WS-in 17 yaşı tamam oldu

118 Baxış

Bu gün BAKU.WS-in fəaliyyətə başlamasından 17 il ötür!

Bu 17 il ərzində BAKU.WS daim böyüyərək inkişaf edib və oxucu auditoriyasını genişləndirib. Xəbər portalında dünyanın müxtəlif guşələrində, həmçinin, Azərbaycanda baş verən ən son xəbərlər, hadisələr, analitik yazılar, bu və ya digər aktual məsələlərə aid cəmiyyətdə söz sahibi olan şəxslərin açıqlamaları yer alır.

Daim eksklüziv xəbərlərlə oxucuların rəğbətini və etimadını qazanan BAKU.WS qısa zamanda Azərbaycan seqmentində etibarlı KİV resurslarından birinə çevrilərək, bu statusunu bugünədək qoruyub saxlayır.

Qarabağın erməni işğalından azad edilməsi ilə nəticələnən Vətən müharibəsi günlərində ordumuzun cəbhədə apardığı qalibiyyət savaşına BAKU.WS arxa cəbhədə dəstək verib.

BAKU.WS cəbhə bölgəsindən ən son xəbərləri çatdıraraq, eləcə də, BAKU TV-nin cəbhəyə ezam olunmuş müxbirlərinin qaynar reportajlarını yayımlamaqla informasiya müharibəsində önəmli Azərbaycan media qurumu olduğunu bir daha sübut edib. 

Bu gün BAKU.WS-in sosial şəbəkələrdə izləyicilərinin sayı 1 milyon 200 mini ötüb. 

Oxu.Az komandası olaraq həmkarlarımızı bu gün münasibətilə təbrik edirik. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678