Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Baş nazir: “Koronavirusla mübarizəyə əlavə xəstəxanalara ehtiyac yoxdur”

162 Baxış

COVID-19 xəstəliyi ilə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunub.

Bu sözləri Operativ Qərargahın rəhbəri, Baş nazir Əli Əsədov yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunan videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

Ə.Əsədov bildirib ki, il ərzində karantin şərtləri bir neçə dəfə dəyişdirilib:

“Biz ümumi karantin rejimindən sərtləşdirilmiş karantin rejiminə keçmişik. Təbii ki, bu hallar həm iqtisadiyyatda, həm sosial sferada, həm də insanların davranışlarında məhdudiyyətlərə səbəb olub. Ancaq hamı bilirdi, insanların reaksiyasından da bəlli olurdu ki, Azərbaycanda Sizin rəhbərliyinizlə Operativ Qərargah tərəfindən görülən işlər uğurludur. Bunu rəqəmlərdən də görmək olar.

Siz çıxışınızda koronavirusla əlaqədar büdcəmizdən ayrılan vəsait və maliyyə imkanlarımız barədə danışdınız. COVID-19 ilə mübarizəyə birbaşa olaraq 644 milyon manata qədər vəsait sərf olunub. Bu il üçün isə büdcədə hələlik birbaşa 261 milyon manat nəzərdə tutulub. Lazım olsa, əlavə ehtiyatlarımız da var. Nəzərə alsaq ki, biz çox işləri 2020-ci ildə icra etmişik, əlavə xəstəxanalara, modul tipli xəstəxanalara və s. ehtiyac yoxdur”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678