Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Neapol şəhəri Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib

127 Baxış

Neapol Şəhər Şurası “Azərbaycan Respublikasının ərazi bütövlüyünə hörmətin ifadə edilməsi və Azərbaycan ilə İtaliya arasında çoxşaxəli əməkdaşlığın möhkəmləndirilməsinə yönəldilmiş addımların atılması üçün İtaliya hökumətinə müraciət” adlı sənəd qəbul edib.

Bu barədə Diasporla İş Üzrə Dövlət Komitəsi məlumat yayıb.

Vinçentso Solombrinonun müəllifi olduğu sənəddə beynəlxalq səviyyədə Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanındığı, bu bölgənin və ona bitişik yeddi rayonun 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunduğu, azərbaycanlıların doğma torpaqlarından qovulduğu, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının qətnamələri, Ermənistanın 2020-ci il 27 sentyabr təcavüzü nəticəsində 44 günlük müharibənin başladığı barədə ətraflı məlumat verilib.

İtaliya hökumətindən tərəfləri Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan 10 noyabr 2020-ci il tarixli bəyanatdakı öhdəlikləri yerinə yetirməyə çağırmaq tələb olunub. Şəhər Şurası hesab edir ki, münaqişənin başa çatması və vəziyyəti normallaşdırma prosesinin başlanması Azərbaycana öz ərazilərini bərpa etməyə imkan yaradacaq. Ərazilərin bərpasına dair strateji planın işə salınması isə yüksəliş və inkişaf mərhələsinin davam etməsinə, eləcə də italyan şirkətləri üçün yeni vacib iqtisadi və kommersiya imkanlarının yaranmasına yol açacaq.

Qeyd olunub ki, Neapolla Azərbaycanın paytaxtı Bakı qardaşlaşmış şəhərlərdir və bu qardaşlaşma iki xalq arasında dostluq, mədəni, kommersiya və institusional mübadilə baxımından konkret nəticələrin əldə olunmasına gətirib çıxarıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678