Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağdam sakini Bakıda narkotiklə tutuldu

154 Baxış

Ağdam sakini Bakıda narkotiklə tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Binəqədi RPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdam rayon sakini H.Əliyev saxlanılmışdır.

Şəxsi axtarış zamanı ondan 248 qrama yaxın heroin, 198 qramdan artıq metamfetamin, yaşadığı mənzildən isə 5 kiloqram 500 qram heroin, 243 qramdan artıq metamfetamin, iki ədəd elektron tərəzi, Yeni Suraxanı qəsəbəsi ərazisində yol kənarında gizlətdiyi səkkiz kiloqram heroin və 985 qram metamfetamin aşkar edilərək götürülüb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678