Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

“Dərs vaxtı”nda “Nizami dərsləri” – VİDEO

137 Baxış

Növbəti həftədən etibarən “Dərs vaxtı” proqramı çərçivəsində “Nizami dərsləri” yayımlanacaq. 

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Nizami Gəncəvi ili” ilə əlaqədar yayımı nəzərdə tutulan “Nizami dərsləri” çərçivəsində şagirdlər klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığı ilə tanış ola biləcəklər.

Qeyd edək ki, “Nizami dərsləri” proqramı Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanır. 

 “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Dərs vaxtı”nın “Facebook” səhifəsindən (https://www.facebook.com/dersvaxti.edu.az/), eyni zamanda videodərslər portalından (https://video.edu.az/) izləmək imkanı əldə edə bilərlər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678