Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Hirkan Milli Parkında yanğın olub

125 Baxış

Bu gün axşam saatlarında Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində yanğın hadisəsi baş verib.

Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb.

Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678