Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Postlardan icazəsiz keçməyə cəhd göstərən nəqliyyat vasitələrinin sayı açıqlandı

126 Baxış

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərdə və 12 rayonda quraşdırılmış xüsusi postlarda Daxili İşlər Nazirliyinin (DİN) hərbi qulluqçuları və polis əməkdaşları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir. 

DİN-dən verilən məlumata görə, yanvarın 16-dan 18-dək nəzarət-profilaktik tədbirlər nəticəsində postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 4000 nəqliyyat vasitəsi müəyyən olunaraq geri qaytarılıb.

Eləcə də ölkə üzrə karantin rejimi qaydalarını pozan beş nəfər barəsində inzibati həbs, 2746 nəfər barəsində digər inzibati tənbeh tədbirləri tətbiq olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678