Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədən Azərbaycana siklon gəlir: Çovğun olacaq

145 Baxış

Yaxın günlər ərzində Azərbaycanda hava şəraiti dəyişiləcək. Bunun səbəbi Türkiyədən hərəkət edən siklonun ölkə ərazisinə keçməsi ilə bağlıdır.

Bunu Oxu.Az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, yanvarın 19-u axşam saatlarında soyuq atmosferin paytaxta yaxınlaşması nəticəsində hava şəraiti dəyişəcək:

“Yağış olacaq. Sonrakı günlərdə yağıntının sulu qar və qara keçəcəyi gözlənir. Qeyri-sabit hava şəraiti yanvarın 21-i axşama kimi davam edəcək. Bu müddət ərzində şimal-qərb küləyinin sürəti  saniyədə 15-25 metrə çatacaq”.

O bildirib ki, paytaxtda havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir:

“Hava şəraiti ilə bağlı yanvarın 20-də gecə, ayin 21-də isə səhər və axşam saatlarında çovğun olacağı gözlənilir. Yanvarın 21 və 22-də şəhərətraflı yolların buz bağlanması istisna olunmur”.

U.Tağıyeva qeyd edib ki, bu gün axşam saatlarından başlayaraq qərb və şimal rayonlarında havanın dəyişiləcəyi, yağış və qar yağması gözlənilir:

“Yanvarın 19-dan 21-i gündüzə kimi proses bütün ölkəni əhatə edəcək. Bəzi rayonlarda qarın intensiv olacağı istisna olunmur. Şimal-qərb küləyinin gücü saniyədə 21-28 metrədək güclənəcək. Havanın temperaturunun ötən günlərlə müqayisədə 10 dərəcədə aşağı enəcəyi proqnozlaşdırılır. Dağlıq və dağətəyi yollarda yollar buz bağlayacaq”.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678