Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir müavini şəhid ailələrinə evlərin hansı dövrdə veriləcəyi məsələsinə aydınlıq gətirdi

119 Baxış

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov şəhid ailələrinə mənzillərin hansı dövrdə veriləcəyi məsələsinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında danışıb. 

Onun sözlərinə görə, hazırda bir neçə istiqamətdə dəqiqləşmə aparılır:

“Bildiyiniz kimi, Birinci Qarabağ müharibəsində şəhid ailələrinə mənzillərin verilməsi növbəlilik şəkildə davam edir, Vətən müharibəsindən əvvəl onlarla bağlı proqram nəzərdə tutulub. Vətən müharibəsi bitəndən sonra həmin kontingentdən olan ailələr də dəqiqləşdirilir”.

“Mənzillərin hansı mərhələdə verilməsi ilə bağlı yəqin ki, yanvarda proqram təsdiq olunacaq. Burada maliyyə yükü, rəqəmlərlə bağlı dəqiqləşmə aparılır. Əminəm ki, həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində olan şəhid ailələri qısa müddətdə çox gözəl evlərlə əhatə olunacaq”, – deyə o əlavə edib.

İlhamə Əbülfət


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678