Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bulvarda özünü dənizə atan qız xilas edildi – VİDEO

132 Baxış

Bakının Səbail rayonunda gənc qız intihara cəhd edib.

Bu barədə hadisə şahidləri Baku.ws-in qaynar xəttinə məlumat veriblər.

Bildirilir ki, gənc qız Bakı Bulvarında suya atılıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sulardan Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Onların səyi nəticəsində qız dənizdən çıxarılıb. Ona ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678