Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda baş verən yanğınların sayı azalıb – RƏSMİ

132 Baxış

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində təhqiqatı aparılmış yanğınların statistik göstəricilərinə əsasən, qeydə alınan yanğınların sayında azalma müşahidə olunub. 

Bu barədə Oxu.Az-a açıqlamasında FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev məlumat verib.

O bildirib ki, təmsil etdiyi qurum tərəfindən respublika ərazisində 2019-cu və 2020-ci illər ərzində qeydə alınan yanğınlar müqayisəli şəkildə təhlil edilib:

“Belə ki, 2020-ci il ərzində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən əhali, müəssisə və təşkilatlarda aparılmış profilaktiki və maarifləndirmə tədbirlərinin nəticəsi olaraq, vahid statistik uçota daxil edilmiş yanğınların ümumi sayı 203 olub. 

Yaşayış sektorunda qeydə alınan yanğınların sayının 157, ticarət obyektlərində 22, əkin sahələrində baş verən yanğınların sayının isə 14 fakt az qeydə alındığı müəyyən edilib.

Aparılan maarifləndirmə tədbirləri nəticəsində qeydə alınan yanğınlar zamanı insan tələfatı dörd, xəsarət alanların sayı 113 fakt azalıb”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678