Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda azyaşlıların iştirakı ilə qeydə alınan qəzaların sayı AÇIQLANDI

117 Baxış

2020-ci ildə Bakıda azyaşlıların iştirakı ilə 33 qəza baş verib. Bu isə 2019-cu il ilə müqayisədə 12 hadisə azdır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Bölmə rəisi bütün yol-nəqliyyat hadisələrində olduğu kimi, azyaşlılarla bağlı qeydə alınan qəzaların statistikasında da azalmanın müşahidə olunduğunu qeyd edib:

“2020-ci ildə Bakı şəhəri üzrə azyaşlıların iştirakı ilə qeydə alınan 33 qəza nəticəsində 7 nəfər həyatını itirib, 26-sı xasarət alıb. Paytaxt üzrə qeydə alınan bu göstəricilər 2019-cu il ilə müqayisədə 12 qəza, 4 ölüm faktı, 15 xəsarət sayı azdır. 2019-cu ildə isə azyaşlıların iştirakı ilə 45 hadisə, 11 ölüm, 41 yaralanma qeydə alınmışdı”.

Vaqif Əsədov ilbəil qəzaların sayının azalmasında yol polisi tərəfindən aparılan təbliğatın, maarifləndirici tədbirlərin mühüm rolu olduğunu bildirib.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678