Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsi şəhidlərindən neçəsinin ailə üzvlərinə sosial ödənişlər verilib?

126 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri yekunlaşmaq üzrədir.

Postmüharibə dövrü üzrə sosial dəstək tədbirləri çərçivəsində şəhidlərimizdən artıq 2 783 nəfərin 7 127 ailə üzvünə sosial ödənişlər təyin olunub. 

Bu sahədə işlərin operativ şəkildə yerinə yetirilməsi məqsədilə DSMF əməkdaşları səfərbər edilib. Sosial ödəniş təyinatları üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən şəhid ailəsinin üzvlərindən deyil, aidiyyəti qurumlardan alınaraq, toplanılmaqla sosial ödənişlər təyin olunur. 

Təyinatlar elektron qaydada, proaktiv şəkildə həyata keçirilir. 

Aparılmış sosial ödəniş təyinatları barədə şəhid ailələri məlumatlandırılır, bir çox hallarda  onlarla ünvanlarında görüşlər keçirilərək təqaüd kartları təqdim olunur. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678