Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Həkim virusun qadın səhhətinə təsirindən danışdı

135 Baxış

COVID-19-un qadınların reproduktiv sağlamlığına təsir etdiyinə dair dəqiq bir dəlil yoxdur. Lakin təcrübə göstərir ki, koronavirus infeksiyası keçirmiş qadınlar bir sıra problemlərlə qarşılaşırlar.

Media.Az bu barədə pandemiya xəstəxanasının həkimi, infeksionist- reanimatoloq Polina Əliyeva ilə ətraflı söhbət edib.

“Koronavirus infeksiyası, ağciyərlərlə birlikdə insanın digər orqanlarına da təsir edə bilər. Bu virus yeni olduğundan və hələ tam öyrənilmədiyindən mümkün fəsadlarla bağlı dəqiq statistik məlumat verə bilmirik”, – deyə o, bildirib.

P.Əliyevanın sözlərinə görə, COVID-19 insult, infarkt, pankreatit, meninqoensefalit kimi fəsadlara yol aça bilər. Belə patologiyalarla həkimlər bir neçə dəfə qarşılaşıblar.

Həkim bildirib ki, virus mikrotromboza səbəb olur, bu isə yumurtalıqların ümumi tədarükünə təsir göstərə bilər. Sözügedən hal sonradan atrofiyaya və sonsuzluq da daxil olmaqla müvafiq nəticələrə səbəb ola bilər.

“Koronavirusa yoluxma qadınlarda menstrual dövr və reproduktiv funksiyaya təsir edə bilər. Bundan əlavə, ağır xəstəlik keçirmiş xəstələr uzun bir reabilitasiya dövrü keçir və müvafiq olaraq uzun müddət xroniki yorğunluqdan, apatiyadan əziyyət çəkirlər. Bəzi xəstələrdə yoluxma libidonun azalmasına səbəb olur”, – deyə P.Əliyeva bildirib.

Həkim, bir il – il yarımdan sonra koronavirus infeksiyasının hansı fəsadlara səbəb olduğu barədə xüsusi statistik məlumatlar əldə etmək mümkün olacağını qeyd edib.

“Hələlik isə yalnız öz təcrübəmə etibar edə bilərəm. Buna görə COVID-19 keçirən hər kəsə mütləq şəkildə tam tibbi müayinədən keçmələrini tövsiyə edirəm”, – deyə Polina Əliyeva sözlərini yekunlaşdırıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678