Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Təhsil naziri pakistanlı səfirlə görüşdü – FOTO

130 Baxış

Təhsil naziri Emin Əmrullayev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

O, bu barədə özünün “Facebook” sosial şəbəkə hesabında paylaşım edib.

“Görüşdə Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edildi. Ali təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, təqaüd imkanlarının artırılması və müsbət təcrübələrin mübadiləsinin əhəmiyyəti vurğulandı”, – deyə o qeyd edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678