Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Türkiyədə koronavirusla mübarizə üçün yeni preparat yaradılıb – VİDEO

120 Baxış

Türkiyədə koronavirusla mübarizə çərçivəsində immunitet yaradan preparat hazırlanıb.

Oxu.Az-ın məlumatına görə, preparat Tibb Elmləri Universitetinin mütəxəssisləri tərəfindən yaradılıb. 

COVID-19 infeksiyasına qarşı immunitet qazandıran “Quermax” adlı preparat sınaqlardan keçirilib və zəruri test mərhələsini uğurla başa vurub. Preparatın sınaqlarında infeksiyaya yoluxma riski yüksək olan tibb işçiləri iştirak edib və onlar iki qrupa bölünüb. 71 nəfərlik qrupa tərkibində kversetin maddəsi və C vitamini olan preparat verilib. 42 nəfərdən ibarət qrup isə hər hansı bir preparat qəbul etməyib. Aparılan müşahidələr onu göstərib ki, birinci qrupda 71 nəfərdən 1-i, ikinci qrupda isə 42 nəfərdən 9-u COVID-19 infeksiyasına yoluxub. Nəticədə mütəxəssislər yeni preparatın koronavirusun hüceyrəyə daxil olmasının qarşısını aldığı qənaətinə gəliblər. Nəticələr təsdiq olunduqdan sonra preparatın seriyalı istehsalı başlayıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678