Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

ETSN rəsmisindən sürüşmə ilə bağlı AÇIQLAMA

118 Baxış

Sürüşmə diliminin minimal hündürlüyü 90 santimetrdir.

Bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev Oxu.Az-a açıqlamasında deyib.  

O bildirib ki, mütəxəssislər hazırda hadisə yerində ilkin müşahidələr aparırlar: 

“Sağ yamacda çox böyük bir süxur kütləsi aşağı sürüşüb, sürüşmə diliminin minimal hündürlüyü 90 santimetrdir. 

Yolun aşağı sol sahilində tikilmiş restoran binasının qarşısında bəzi dağıntılar baş verib. İlkin müşahidələrə görə, yamacın Badamdar massivi hissəsində qoruyucu divarlar da böyük kütlənin təsiri ilə artıq dayanıqlılığını itirib və aşağı sürüşüb. Süxurlar göründüyü qədəri ilə islanmış süxurlardır. 

İlkin ehtimallara əsasən deyə bilərəm ki, süxur kütləsinin altında su sızması müşahidə olunmaqdadır”. 

Əli Əliyev həm də bildirib ki, daha ətraflı sabah gün ərzində araşdırılıb açıqlama veriləcək.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678