Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Badamdardakı sürüşmənin səbəbləri açıqlandı – FOTO/VİDEO

129 Baxış

Bakının Səbail rayonu ərazisində, Badamdar şosesində torpaq sürüşməsi təbii və texnogen amillərin təsirindən yaranıb.

Bunu Oxu.Az-a Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisi Rafiq Həsənov bildirib. 

“Hazırda ərazidə tədqiqat işləri aparılır, sürüşmə kütləsinin parametrləri ölçülür. Təbii amillərdən başqa texnogen amillərin də təsiri var. Yamacın yuxarı hissəsindən təsərrüfat sullarının axıdılması prosesi aktivləşdirib”, – deyə R. Həsənov qeyd edib. 

İlkin məlumata görə, sürüşmə nəticəsində bir iaşə obyekti və iki fərdi yaşayış evinə zərər dəyib.

Ətrafda yaşayan insanlar təxliyə olunub.

Ərazidən Oxu.Az-ın video və fotolarını təqdim edirik:


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678