Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ölkəyə ən çox gəlir gətirən özəl şirkətlərin siyahısı açıqlandı – FOTO

162 Baxış

2020-ci ildə qeyri-dövlət ixracatçı subyektlərin ixrac gəlirlərinin həcmi açıqlanıb.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin yanvar sayında məlumat verilib.

Ötən il qeyri-neft sektoru üzrə özəl subyektlər ixrac həcmindən ölkəyə 587,1 milyon dollarlıq gəlir gətirib.

Siyahıya 118,1 milyon dollar ixrac həcmi ilə “Azərbaycan Interneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi başçılıq edir.

İkinci yerdə 102,1 milyon dollar ixrac həcmi ilə “Socar Polymer” MMC qərarlaşıb.

İlk beşlikdə qərar tutan digər şirkətlər – 90,2 milyon dollar ixrac həcmi ilə “Land Lojistic” MMC, 81,4 milyon dollar ixrac həcmi ilə “MKT İstehsalat Kommersiya” MMC, 39,5 milyon dollar ixrac həcmi ilə “Almeyvə” MMC-dir.  

Eləcə də, “Sun Food” MMC 37,7 milyon dollar, “Global Trade Group” MMC 35,2 milyon dollar həcmində qeyri-neft sektoru üzrə ixrac həyata keçirib.

Müvafiq dövr ərzində “Baku Steel Company” MMC – 30 milyon dollar, “Aqrovest” MMC – 27,1 milyon dollar, “P-Aqro” MMC – 25,8 milyon dollar məhsul ixracı həyata keçiriblər.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678