Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Abşeronda naməlum şəxslər ahıl qadını evində öldürmək istədi

132 Baxış

Abşeronda naməlum şəxslər 67 yaşlı ahıl qadına ağır xəsarət yetiriblər.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Abşeron Gənclər Şəhərciyində 1954-cü il təvəllüdlü Əliyeva Maşxanım İsmayıl qızı yaşadığı evdə amansızlıqla döyülüb. O, təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı M.Əliyevaya çənə, burun və almacıq sümüklərinin sınıqları diaqnozu qoyulub.

M.Əliyevanın dediyinə görə, onu yaşadığı evdə tanımadığı qızla oğlan döyüb. Həmin şəxslər daha sonra qadını boğmağa çalışıblar.

Hadisənin səbəbləri araşdırılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678