Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Rasim Məmmədovun vəkili: “İş adamı haqqında səsləndirilən iddiaların əsaslı olduğunu düşünmürəm”

136 Baxış

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan “Baku Steel Company” şirkətinin rəhbəri Rasim Məmmədov haqqında irəli sürülən iddialar əsassızdır.

Bu barədə Oxu.Az-a R.Məmmədovun vəkili Elçin Sadiqov məlumat verib. 

O bildirib ki, bu gün R.Məmmədovun saxlanılmasının 48 saatı tamam olduğu üçün qanunla məhkəmə qarşısına çıxarılacaq:

“Rasim Məmmədovun işinə bu gün Səbail rayon Məhkəməsində baxılacaq. Haqqında səsləndirilən iddiaların əsaslı olduğunu düşünmürəm. Bütün hallarda özü ilə görüşüb, danışdıqdan sonra ətraflı məlumat vermək olar”.

Xatırladaq ki, R.Məmmədov barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə ittiham irəli sürülüb.

R. Məmmədovun yanvarın 28-i təxminən saat 17.00 radələrində saxlanıldığı bildirilir. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rasim Məmmədov biznes ortağı, AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev və kürəkəni, keçmiş deputat İlham Əliyevin şikayəti əsasında saxlanılıb. Qohumlar iddia ediblər ki, ortaqları Rasim Məmmədov onların birinin 4 milyon dollar, digərinin 3,5 milyon dollar vəsaitini mənimsəyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678