Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Fevralın 1-dən bölgələrdə neçə məktəb əyani təhsilə qayıdır?

174 Baxış

“Rayonlarda fəaliyyət göstərən 2000 məktəbdə ibtidai siniflər əyani təhsilə qayıdacaq”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.

O bildirib ki, bütün fənnlərin əyani sürətdə tədrisin təmin edilməsinə çalışırıq:

“Bölgələrdə ilkin hesablamalara görə, 2000-dən artıq məktəbdə ibtidai siniflər fevralın 1-dən əyani təhsilə qayıdacaq. Təbii ki, sinif otaqları mövcud pandemiya dövrünə müvafiq olaraq karantin qaydalarına cavab verən məktəblərdən söhbət gedir. Burada bədən tərbiyəsi fənni itisna edilir. Buna səbəb soyunub-geyinmə otaqlarında uşaqların bir-biri ilə sıx təmasda olması ehtimalıdır”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678