Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Vətən müharibəsinin neçə şəhidinin ailə üzvlərinin təhsil haqqları ödənilib?

150 Baxış

“Bu günə qədər Vətən müharibəsində şəhid olan şəxslərin ali təhsil müəssisələrində təhsil alan 35 nəfər ailə üzvlərinin – bacı, qardaş, həyat yoldaşının təhsil haqqlarının ödənilməsi ilə bağlı müraciətləri təmin olunub”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib:

“Bu istiqamətdə bir neçə addım atılıb, “YAŞAT” Fondu yaradılıb. Biz də müəyyən qərar layihələri hazırlamışıq. Ümid edirəm ki, bu istiqamətdə irəliyə doğru bir addm atılacaq”.

Nazir həmçinin bildirib ki, İkinci Qarabağ Müharibəsində iştirak edən müəllimlərlə görüşüb:

“Müharibədə iştirak edən müəllimlərlə görüşməkdən qürur hissi keçirdim. Həmin müəllimlərimizin bir qismi ölkə başçısı tərəfindən təltif olunublar. Bu gün keçirilən görüşün təkrarlanacağına da ümid edirəm”.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678