Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Nazir: “Birinci sinfə qəbul pandemiya şəraitindən asılı olacaq”

145 Baxış

“Birinci sinfə qəbulun aparılması pandemiya şəraitindən asılı olacaq”.

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, son dövrlər bununla bağlı bir sıra dəyişikliklər olub:

“Belə ki, məktəblərə qəbul ərazi prinsipi üzrə aparılır. Hər bir vətəndaş öz yaşadığı ərazidə Azərbaycan bölməsində uşaqlarını birinci sinfə qoya bilər. Sadəcə valideynlər bəzən spesifik olaraq hansısa məktəbi, sinfi və müəllimi seçmək istəyə bildirir. Buna görə də elektron sistem vasitəsilə həmin məktəbin Azərbaycan bölməsinə birinci müraciət edən adam ilk olaraq yerləşdirilir.

Eyni zamanda, rus bölməsi ilə bağlı da ənənəvi olaraq rus dili bilikləri yoxlanılır. Beynəlxalq tədqiqatlara nəzər salsaq, şagirdin evdə danışdığı dildə məktəbdə təhsil alması vacibdir. Bu o demək deyil ki, uşaqlar yeni dil öyrənməməlidir. Uşaqlar üçün yeni dil öyrənmək stresli prosesdir.

Odur ki, biz birinci sinfə qəbul prosesi zamanı ümumtəhsil məktəblərinin rus bölmələrində dil biliklərinin yoxlanılmasını diaqnostik formada həyata keçiririk. Ötən il bunu pandemiya şəraitində distant formada keçirdik və kifayət qədər uğurlu alındı”.

“Lisey, gimnaziyalara da qəbul artıq həmin müəssisələr tərəfindən aparılır. Çalışırıq ki, müsabiqələr ədalətli keçirilsin”,- deyə nazir qeyd edib.

Könül Cəfərli


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678