Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Məktəblərdə əyani tədris başladı: İbtidailər yenidən parta arxasında – FOTOREPORTAJ

302 Baxış

Bu gündən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunur. Təhsil Nazirliyindən bildirilib ki, bu gündən etibarən məktəbəhazırlıq, icmaəsaslı məktəbəqədər təhsil qrupları və ibtidai təhsil səviyyəsi üzrə tədris sanitar-gigiyenik tələblər nəzərə alınmaqla ənənəvi formada təşkil olunacaq.

Oxu.Az-ın əməkdaşı paytaxtın 100-dən çox yaşı olan Mikayıl Müşfiqin adını daşıyan 18 nömrəli tam orta məktəbdə olub.

Tədris müəssisəsində pandemiya ilə əlaqədar karantin qaydalarına riayət edilməsi məsələsinə ciddi yanaşılıb. İki korpusdan ibarət olan məktəb binasında ümumilikdə 61 sinif otağı var.

Məktəbin direktoru Rəna Süleymanova bildirib ki, məktəbin birinci korpusu 6 mərtəbən, ikinci korpus isə 3 mərtəbədən ibarətdir:

“Məktəbdə 27 ibtidai sinif var. Hər iki korpusda ibtidai sinif otaqları var və şagirdlərin siniflərə qədər müvafiq qaydalara uyğun şəkildə yerləşdirilməsi təmin olunub. Məktəbin giriş qapılarında dezinfeksiya məhlulları qoyulub”.

“Hazırda hər iki korpusda yalnız ibtidai siniflərin əyani tədrisə başlamasına qərar verilib. İbtidai siniflərin tədris keçdiyi korpuslarda dəhlizdə xüsusi növbətçilər var. Eyni zamanda Məktəblinin Dostu layihəsinin əməkdaşları da bu işdə bizə çox kömək olurlar. Uşaqların tənəffüs zamanı karantin qaydalarını pozmaması, sosial məsafəni qoruması üçün əlimizdən gələni edirik”,- deyə məktəb direktoru qeyd edib.

Direktorun sözlərinə görə, məktəbin yüksək səviyyədə xidmət göstərən yeməkxanası olsa da, karantin qaydalarına uyğun olaraq hələlik fəaliyyət göstərməsinə icazə yoxdur.

Xatırladaq ki, ibtidai siniflər üzrə əyani təhsil Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 4-5 dəfə olmaqla bərpa ediləcək. Bu siniflər üzrə 628 651 şagird əyani olaraq tədrisə davam edəcək. Məktəbəhazırlıq qruplarında 103 604 uşaq, həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icmaəsaslı məktəbəqədər təhsil qruplarında 9 207 uşaq tədrisi ənənəvi olaraq davam etdirəcək.

Könül Cəfərli
Foto: Ramil Zeynalova


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678