Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Cəlilabadda mağazadan 12 000 manatlıq oğurluq edilib

115 Baxış

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mağazadan 12 000 manat dəyərində oğurluq edən rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad şəhər sakini Z.Nağıyev Rayon Polis Şöbəsinə müraciət edərək özünə məxsus mağazadan ümumilikdə dəyəri 12 000 manata yaxın olan tütün məmulatları, bir ədəd “Toshiba” markalı notbuk, spirtli içkilər və nağd pulun oğurlandığını bildirib.

Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Cəlilabad rayon sakini İbrahim Xankişiyev olduğu müəyyən edilib.

Oğurlanmış əşyaların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678