Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Sabah milli parklara giriş pulsuz olacaq – FOTO

134 Baxış

Ümumdünya Su-Bataqlıq Günü ilə əlaqədar fevralın 2-də Şirvan, Qızılağac və Ağgöl milli parklarında “açıq qapı” günü keçiriləcək və ziyarətçilər milli parklara giriş haqqından azad ediləcək.

Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib.

O qeyd edib ki, Azərbaycanda ümumi sahəsi 200 min hektardan artıq su-bataqlıq ərazisi var və qışlama dövründə həmin ərazilərə 100 minlərlə müxtəlif növ quş toplaşır.

“Su-bataqlıq ərazilərindən səmərəli istifadə edilməsi və qorunması məqsədilə 1971-ci il fevralın 2-də İranın Ramsar şəhərində Su-bataqlıq əraziləri haqqında Konvensiya imzalanıb və həmin gündən etibarən 2 fevral tarixi Ümumdünya Su-Bataqlıq Günü kimi qeyd olunur. Azərbaycanın Ağgöl, Böyük və Kiçik Qızılağac körfəzləri mühüm su-bataqlıq əraziləri kimi Konvensiyanın “Ramsar Siyahısı”na daxil edilib”.

Xidmət rəsmisi quşları müşahidə etmək və təbiətin füsunkar gözəlliklərini görmək istəyənləri milli parklarımıza səyahət etməyə dəvət edib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678