Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstanbuldan qaçaq yolla yarım milyonluq brilyant gətirən ələ keçdi – VİDEO

124 Baxış

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda brilliant qaşların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşına məxsus çamadan Heydər Əliyev Beynəlxalq Aeroportunda rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə edilib.

Təkrar baxış zamanı çamadanda olan “Nesquik” və “İntense” kakao qutuları, “Baby Wipes” nəm salfet paketi və “Kenwood” markalı şirəçəkən maşının içində, ümumilikdə 10 ədəd sellofan büküm aşkar olunub. Həmin bükümlərin içərisindən isə müxtəlif ölçüdə brilyant qaşlar aşkara çıxarılıb.

Bu predmetlər əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyib, şifahi, yazılı və ya elektron qaydada bəyan olunmayıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar olunan brilyant qaşların ümumi kütləsi 3901,60 karat (780,32 qram), orta qiyməti təxminən 485 min manat təşkil edir.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678