Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub – FOTO

181 Baxış

Bu gün Abşeron rayonu, Mehdiabad qəsəbəsində daha bir sahibkarlıq obyektinin – MSDIS Holdingin tərkibində olan MSOIL yanacaqdoldurma məntəqəsinin açılışı olub. Açılış mərasimində MSDIS Holdingin rəhbəri Mirfəyyaz Nağıyev və holdingin kollektivi iştirak edib. Açılışdan öncə İkinci Qarabağ müharibəsində şəhid olan hərbiçilərimiz 1 dəqiqəlik sükutla yad olunub, ardınca isə Azərbaycan dövlət himni səslənib.

M.Nağıyev çıxış edərək, yeni YDM-in istifadəyə verilməsi münasibətilə Mehdiabad sakinlərini və məntəqənin əməkdaşlarını səmimi qəlbdən təbrik edib. O, qeyd edib ki,  MSDIS Holdingin bu gün açılışını etdiyi məntəqə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən davamlı sosial-iqtisadi islahatlara, xalqımızın maddi rifah halının durmadan yaxşılaşdırılması xəttinin gerçəkləşdirilməsinə verdiyi töhfədir.

YDM-nin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olub, vətəndaşlara göstəriləcək xidmətlərlə maraqlanıblar. İştirakçılara məlumat verilib ki, yanacaqdoldurma məntəqəsi elmin və texnologiyanın ən son nailiyyətlərini özündə əks etdirən müasir avadanlıqlarla təmin olunub.

Qeyd edək ki, MSOIL-in fəaliyyət sahələri benzin, dizel və qaz yanacağının satışı təşkil edir. Bundan əlavə, YDM-in ərazisində avtoyuma və market xidməti də fəaliyyət göstərir. Hazırda yanacaqdoldurma məntəqəsində 22 nəfər işçi çalışır.

2020-ci ilin iyun ayından fəaliyyətdə olan MSDIS Holding inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirir. Holdingin əsas məqsədi daim inkişafda olan Azərbaycan iqtisadiyyatına töhfə verməkdir.

Holding haqqında ətraflı xəbərlərlə msdisholding.az saytından tanış ola bilərsiniz.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678