Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda ağır yol qəzası baş verib – VİDEO

131 Baxış

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində, Bakı Kənar Dairəvi yolunda qeydə alınıb. 

İlkin məlumata görə, “Sədərək” Ticarət Mərkəzindən Yasamal rayonu istiqamətində hərəkətdə olan iki avtomobil idarəetməni itirərək toqquşub. 

Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə ciddi ziyan dəyib, ölən və yaralananlar barədə məlumat yoxdur. 

Baş verən yol nəqliyyat hadisəsi səbəbindən Bakı Kənar Dairəvi yolunda uzun tıxac yaranıb. 

Əraziyə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678