Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qardaşı arvadını öldürüb, gəlinini və nəvələrini bıçaqlayan şəxsin məhkəməsi başlayır

225 Baxış

Gəncədə qardaşının həyat yoldaşı, Gəncə şəhər sakini 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızını qətlə yetirən, qardaşının gəlini, 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızına, qardaşının nəvələri – 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı və 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğluna bıçaqla xəsarətlər yetirən Mahir Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Dadaş İmanovun icraatına verilib.

Qeyd edək ki, hadisə ötən il iyunun 16-da Gəncə şəhəri Ağamirzə Əhmədov küçəsində qeydə alınıb.

1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678