Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

7000-dən çox şəhid ailəsinə təqaüd təyin edilib

126 Baxış

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərindən biri də Vətən müharibəsi şəhidlərinin ailələrinə sosial ödənişlərin təyin olunmasıdır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən bu günədək artıq 2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.

Müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin operativ təşkili üçün DSMF-da xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan, zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib. 

Proses artıq başa çatmaqdadır. 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678