Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Kürdə batan şəxs Vətən müharibəsi iştirakçısı imiş – FOTO

124 Baxış

Kürdə batan şəxs Vətən müharibəsinin iştirakçısı imiş.

Bu barədə Trend məlumat yayıb.

Bildirilib ki, Kürdə iki gündür axtarışları davam edən iki nəfərdən biri, Sadıxbəyli Ramin II Qarabağ müharibəsində iştirak edib. Yaxınlarının sözlərinə görə, o, bu il yanvarın əvvəllərində evə buraxılıb. Mingəçevir şəhərinə isə qonaq gedib. 31 yanvar tarixində Yusifov Səfxan Aydın oğluna aid qayıqla Kür çayında balıq tutmağa gedib. Saat 17:00-dan sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə FHN-ə məlumat daxil olub.

Axtarış tədbirləri nəticəsində çay qırağında həmin şəxslərə aid qayıq aşkar olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678