Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xaçmazın bataqlığı xatırladan yolları – FOTO/VİDEO

115 Baxış

Xaçmaz rayon sakinləri kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətçidir.

Bu barədə Oxu.Az-ın redaksiyasına kənd sakinləri məlumat verib.

Onlar iddia edir ki, söhbət Xudat şəhərini, Bostançı və Dədəli kəndlərini birləşdirən yoldan gedir:

“Sadalanan bu kəndləri birləşdirən yollar yaman gündədir. Bu qədər kənd əhalisinin hər biri bu problemdən əziyyət çəkir. Bostançı kəndi Xaçmaz rayonunun ən qədim dörd kəndindən biridir. Sovet dövründən bu günə qədər yolların bərpası üçün aidiyyəti qurumlara çoxsaylı şikayətlər edilsə də tədbir görülməyib.

Heç bir rayonda bu vəziyyətdə olan kənd yolları yoxdur. İcra hakimiyyətinə də bununla bağlı müraciət etmişik, gəliblər, baxıblar. Bir müddət yollara daş tökdülər, amma o da bir il qaldı. Sonra yenidən hər şey bərbad hala düşdü. Lakin biz də bilirik ki, bu işlərin mərhələli şəkildə aparılması təkcə icra hakimiyyətindən asılı olan iş deyil. Bütün hallarda bizim məqsədimiz bataqlığı xatırladan kənd yollarının bərpa olunmasıdır. Uşaqlar hər gün bu yollarla məktəbə gedir. Əziyyət çəkirik. Xahiş edirik bu problemin həlli üçün ciddi tədbirlər görülsün”.

Sakinlərin sözlərinə görə, yollar o qədər bərbad haldadır ki, biri xəstələnəndə təcili tibbi yardım maşını gəlib kəndə çata bilmir.

“Yağış yağanda yollar daha da bərbad hala düşür. Bostançı kəndində 400-ə qədər ev, 1 500 nəfərə yaxın sakin var. Aidiyyəti qurumlardan bu problemin həll etməsini rica edirik”,-deyə müraciətdə qeyd olunub.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678