Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ötən il tibb işçilərinə nə qədər ödəniş edilib?

125 Baxış

“2020-ci il ərzində səhiyyə işçilərinə ümumilikdə 142 milyon 51 min manatdan çox vəsait ödənilib”.

Oxu.Az-ın məlumatına görə, bu barədə bu gün keçirilən brifinqdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev məlumat verib. 

Onun sözlərinə görə, bu rəqəm 2019-cu il (98 milyon 975 min manatdan çox) ilə müqayisədə 43,52 faiz çoxdur.

Sədr vurğulayıb ki, hesabat dövründə səhiyyə işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsi və ölçülməsi məqsədilə agentlik tərəfindən səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydası təsdiq edilib. Yeni qaydanın tətbiqi nəticəsində 23 şəhər və rayonun səhiyyə işçilərinə aylıq sabit və xidmətə görə həvəsləndirici əlavələr verilib.

Zaur Əliyev 2021-ci il ərzində icbari tibbi sığortanın bütün ölkə ərazisində tətbiq olunacağını vurğulayıb, bununla əlaqədar agentliyin qarşısında duran vəzifələrdən danışıb.

O, ilkin səhiyyə xidmətinin gücləndirilməsi, tibb müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini deyib.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678