Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Qazilərin müalicəsi üçün İsraildən həkimlər gətiriləcək – AÇIQLAMA

134 Baxış

Qazilərimizin müalicəsi üçün “YAŞAT” Fondu tərəfindən xarici ölkələrdən həkim mütəxəssislər dəvət edilib.

Bu barədə Oxu.Az-a “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov məlumat verib.

O bildirib ki, söhbət İkinci Qarabağ müharibəsində gözünü itirən hərbçilərimizin müalicəsindən gedir:

“Bu məqsədlə “YAŞAT” Fondu tərəfindən İsraildən həkim heyəti dəvət ediləcək. Həmin heyətin ölkəmizə göndərilməsi ilə bağlı danışıqlar gedir. Böyük ehtimalla fevralın sonuna kimi Azərbaycana gəlmələri gözlənilir. İlkin mərhələdə Azərbaycana gələcək 10-a yaxın həkim oftalmoloq (göz həkimi) gözlərindən xəsarət alan və ya hər iki gözünü itirən hərbçilərimizi müayinə edəcəklər. Əcnəbi və yerli həkimlərin birgə qərarına əsasən, qazilərimizin əməliyyatları ilə bağlı qərar qəbul ediləcək. Ölkə daxilində mümkün olacaq cərrahi prosedurlar burada, digər əməliyyatlar isə müvafiq olaraq ölkə xaricində təşkil olunacaq”.

Könül Cəfərli 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678