Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Ağstafada avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

132 Baxış

Ağstafa rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Ağstafa rayon sakini, 25 yaşlı Turqut Abbasovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678