Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda insan izdihamının yaşandığı dayanacaqlar – FOTOREPORTAJ

132 Baxış

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə metro bağlandıqdan sonra ictimai nəqliyyat növü olan avtobuslarda sıxlıqlar hər gün müşahidə olunur.

Paytaxtımızda insanları mənzil başına çatdırmaqla Bakı Nəqliyyat Agentliyinin (BNA) avtobusları məşğul olur. BNA-nın müəyyən avtobusları metro funksiyasını icra etməyə çalışsa da, görünən odur ki, sərnişinlərin sıxlığında azalma müşahidə olunmur.

Əksinə, sərt karantin rejimi Bakı ərazisində yumşaldıldıqdan, SMS icazələr aradan qaldırıldıqdan sonra BNA avtobuslarında insan izdihamı yaşanır. Dayanacaqlarda isə insan əlindən tərpənmək olmur.

Bu səbəbdən gələn avtobuslarda insanlar “iç-içə” getməyə məhkum olur. Bu isə pandemiya şəraitində sosial məsafə qaydalarının tamamilə pozulması deməkdir.

BNA avtobuslarının sürücülərinə ancaq sərnişin mindirmək üçün ön qapının açılmasına icazə verilməsi də əlavə bir problemdir. Nəticədə səhər tezdən işə gecikmək istəməyən insanlar məcburiyyətdən ön qapıya yığışmış sərnişinləri itələməyə çalışır, bu da alınmadıqda taleyi ilə barışıb növbəti avtobusları gözləməyə məcbur olur.

Nəticədə isə Oxu.Az-ın çəkdiyi bu görüntülər ortaya çıxır… 


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678