Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Şirkətin anbarından oğurluq edən şəxs saxlanılıb – FOTO

131 Baxış

Şamaxı Rayon Polis Şöbəsinə Muğanlı kəndi ərazisində məhdud məsuliyyətli cəmiyyətlərdən birinə məxsus anbardan yolun işıqlandırılması üçün istifadə olunan, ümumi dəyəri 5 800 manat olan 40 ədəd plafonun və 1 400 manat dəyərində elektrik naqilinin oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində anbardan oğurluq edən şəxsin Ağsu rayonu Padar kənd sakini Xəyal İsgəndərov olduğu müəyyən edilib. O, şübhəli şəxs qismində saxlanılıb və oğurladığı əşyalar həmin şəxsdən maddi sübut kimi götürülüb.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678