Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda axtarışda olan şəxs saxlanıldı

144 Baxış

Bakıda oğurluq etdiyinə görə axtarışda olan şəxsin saxlanıldıqdan sonra başqa cinayətləri də aşkar edilib.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları keçirib.

Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Ramana qəsəbə sakini M.Qafarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik maddə – heroin aşkar edilib.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun mağazaların birindən pul, 1 600 manat dəyərində tütün məmulatı, neft məhsulları oğurlaması, eyni zamanda R.Hüseynova məxsus ZİL markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678