Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Azərbaycanda koronavirusa ən çox yoluxma harada qeydə alınıb? – RƏSMİ + FOTO

125 Baxış

Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 52,2 %-lə Bakı şəhəri ilk yerdədir.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 13,3%-i Aran zonasında yaşayır. Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 12,9 %-i Abşeron rayonunda, 8,1%-i Gəncə-Qazax bölgəsində, 3,2 %-i Şəki-Zaqatala, 3 %-i Quba-Xaçmaz, 2,9 %-i Lənkəran rayonunda, 2,5 %-i Dağlıq Şirvan, 1,4 %-i isə Yuxarı Qarabağda qeydə alınıb.

Yoluxanların 0,05 %-i Naxçıvanda yaşayanlardır.

Xatırladaq ki, xəstələnənlərin 0,4 %-ni ölkə xaricindən gələn şəxslər təşkil edir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678