Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

İstirahət günlərində baş vermiş üç avtomobil qəzasında altı nəfər ölüb – RƏSMİ

116 Baxış

Daxili işlər orqanları tərəfindən fevralın 6-sı və 7-də qeydə alınmış 64 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan səkkiz nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında üç yol-nəqliyyat hadisəsi baş verib, nəticədə altı nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 45 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678