Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Xətai rayonunun bir sıra istiqamətlərində hərəkət məhdudlaşdırılıb – FOTO

131 Baxış

Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsinin Xocalı və Nobel prospektlərinin kəsişməsində yerləşən hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması fevral ayının 9-u axşam saatlarından aradan qaldırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, məhdudlaşma fevral ayının 5-dən 6-na keçən gecədən tətbiq edilib.

AAYDA sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş edir: “Müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik”.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678