Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678

Bakıda sərnişin avtobusu piyadanı vurub öldürdü – FOTO

120 Baxış

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, fevralın 8-i saat 07:15 radələrində “Kral-Transport” MMC-nin müvəqqəti istismarında olan 132 nömrəli müntəzəm marşrut üzrə 10 TF 992 dövlət qeydiyyat nişanlı avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi olub.

“Əhmədli” metro stansiyasından Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən avtobusun qarşısına çıxan piyada vurulub.

Hadisə ilə əlaqədar “Kral-Transport” MMC-nin direktoru Sərvər Əliyev agentliyə çağırılıb.

Qəza nəticəsində vəfat edən piyadanın təxminən 50 yaşlarında qadın olduğu bildirilir.


Məlumat oxu.az saytından götürülmüşdür.


Warning: Invalid argument supplied for foreach() in /sites/turanmedia.az/wp-includes/script-loader.php on line 2678